“Time” jurnalı ilin adamının adını açıqladı

© AP Photo / Mark Lennihan“Time” jurnalı, arxiv şəkli
“Time” jurnalı, arxiv şəkli - Sputnik Azərbaycan
Siyahıda ABŞ və Rusiya prezidentləri - Donald Trampla Vladimir Putin, hersoqinya Meqan Marklın da adları olub

BAKI, 11 dekabr — Sputnik. Amerikanın “Time” jurnalı ilin adamı nominasiyasının qalibinin adını açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, ilin adamı nominasiyasında öz baxışlarına və həqiqət axtarışlarına görə ümumi “The Guardians” adı altında birləşdirilən jurnalistlər layiq görülüb. Siyahıya isə qətlə yetirilən jurnalist Camal Qaşıqmı başçılıq edir.

© AFP 2021 / Virginia MayoCamal Qaşıqçı
“Time” jurnalı ilin adamının adını açıqladı - Sputnik Azərbaycan
Camal Qaşıqçı

“Time” jurnalının baş redaktoru Eduard Fersental ilk dəfədir dünyasını dəyişən şəxsi belə fəxri ada layiq gördüklərini vurğulayıb. Əslində, “Time” amansızlıqla öldürülən müxalif jurnalistin timsalında bütövlüklə qələm əhlinin, bu çətin peşənin daşıyıcılarının əməyinə yüksək qiymət verməyi qarşıya məqsəd qoyub.

Həmin ada namizədlərin hələ ötən gün elan edilən qısa siyahısına həmçinin ABŞ və Rusiya prezidentləri - Donald Trampla Vladimir Putin, hersoqinya Meqan Markl da daxil ediliblər.

Xatırladaq ki, “The Washington Post”un əməkdaşı olmuş Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında qətlə yetirilmişdi, onun meyiti hələ də tapılmayıb.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала