“2019-cu ildə Bakıda ilk "Kiçik və Orta Biznes Evi"nin açılması planlaşdırılır”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, “Kiçik və Orta Biznes evləri”nin yaradılması ilə bağlı işlər davam etdirilir: “Yaxın günlərdə Xaçmaz və Siyəzəndə “KOB Dostu” mərkəzlərinin açılışı gözlənilir. “KOB evləri” isə Azərbaycanın yeni milli brendi olaraq “bir pəncərə prinsipi” ilə fəaliyyət göstərəcək, burada kiçik və orta biznesə 30-dan çox dövlət qurumunun 100-dən artıq xidmətləri göstəriləcək. KOB İnkişaf Fondları xarici və yerli investorlar üçün uğurlu maliyyələşmə mexanizmləri yaradacaq, KOB-ların və startapların biznes təşəbbüslərini dəstəkləyəcək. KOB klasterlərinin yaradılması prosesində qabaqcıl beynəlxalq təcrübə tətbiq olunmaqla sahibkarlar üçün güzəştlər və dövlət dəstəyi mexanizmləri müəyyənləşdiriləcək. KOB İnkişaf Mərkəzləri sahibkarların bilik və bacarıqlarının artırılmasına, biznes ideyalarının dəstəklənməsinə, maliyyə resurslarına çıxışın asanlaşdırılmasına xidmət edəcək”.
Orxan Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz