BAKI, 7 dekabr - Sputnik. ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının, Los-Anceles dairəsinin Boba-Hopa hava limanında uçuş-enmə zolağından kənara çıxıb.
Bu barədə "Report" xəbər verir. Bildirilir ki, 278-ci reys Oklenddən Byorbanka uçurmuş.
Hadisə zamanı "Boeing 737-700" təyyarəsində 112 sərnişin və 5 heyət üzvü olub. Onlardan heç biri xəsarət almayıb.
ABŞ-ın Mülki Aviasiyasının Federal İdarəsindən bildirilib ki, hadisəyə güclü yağış səbəb olub.