Fransa "yanır" – Daha bir qrup küçəyə çıxma qərarı verdi

© Sputnik / Irina Kalashnikova / Mediabanka keçidFransada etirazçılar
Fransada etirazçılar - Sputnik Azərbaycan
Abunə olmaq
Artan istehsal xərclərinə etiraz etmək məqsədilə fermerlərin gələcək həftə ölkə miqyasında tətilə başlayacağı bildirilib

BAKI, 6 dekabr — Sputnik. Fransada benzinin bahalaşmasına etiraz edən və prezident Emmanuel Makronun istefasını tələb edən "sarı jiletlər"in başladığı küçə aksiyaları qarşıdurmaya dönüb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bu gün fermerlər ölkə miqyasında tətilə başlayacaqlarını açıqlayıb. Dünən də təcili tibbi yardım maşını sürücüləri yolu bağlayaraq aksiya qərarı almışdı.

Акции протеста Желтые жилеты во Франции - Sputnik Azərbaycan
Fransa silkələnməyə davam edir - VİDEO

Artan istehsal xərclərinə etiraz etmək məqsədilə fermerlərin gələcək həftə ölkə miqyasında tətilə başlayacağı bildirilib.

Qeyd edək ki, Fransa rəhbərliyi ölkəni bürüyən etirazlar fonunda yanacağa tətbiq olunan vergi rüsumlarına altı aylıq moratorium tətbiq edib. "Zorakılıq dayanmalıdır. Biz respublikanın prezidenti Emmanuel Makron ilə birgə yanvarın 1-dən qüvvəyə minməli olan üç vergi qanunu barədə bu qərarı verdik. Məsləhətləşmələrdən sonra mən qüvvəyə minməli olan bu üç vergi qanunu 6 ay müddətinə dondururam. Qərarlar bütün tərəflərlə müzakirələr aparılmadan qəbul edilməyəcək" - deyə Fransanın baş naziri Eduard Filipp bildirib. Onun sözlərinə görə, heç bir vergi xalqın birliyini təhdid altına ata bilməz.

Xatırladaq ki, Fransanın paytaxtı Parisdə dekabrın 1-də keçirilmiş "sarı jiletlilər" hərəkatının etiraz aksiyaları nəticəsində dəymiş zərər ilkin qiymətləndirmələrə görə, 3 milyon avrodan çox olub. Küçə iğtişaşlarına çevrilmiş etirazlar nəticəsində 133 nəfər yaralanıb, onlardan 23-ü polisdir.

Xəbər lenti
0