BAKI, 5 dekabr - Sputnik. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Bir avronun məzənnəsi 0,42% azalaraq 1,9258 manat, Rusiya rublunun məzənnəsi isə 0,78% azalaraq 0,0254 manat təşkil edib. Bir gürcü larisi 0.6361, 100 İran rialı 0.0040, 1 Türk lirəsi 0.3158 manatdır.
Qeyd edək ki, Mərkəzi Bankın dünənə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi 1,7000, avronun məzənnəsi 1,9339, Rusiya rublunun məzənnəsi isə 0,0256 manat təşkil edib. 100 İran rialı 0.0040, 1 gürcü larisi 0.6334, 1 türk lirəsi 0.3225 manat olub.