Tramp-Putinlə görüşü baş tutmaya bilər

© REUTERS / Leonhard FoegerPutin və Tramp
Putin və Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti görüşün mümkün ləğvinin Kerç boğazında yaranan vəziyyətlə bağlı olduğunu deyib

BAKI, 28 noyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Argentinada keçiriləcək "G20" sammiti çərçivəsində Vladimir Putinlə nəzərdə tutulan görüşü ləğv edə bilər. Sputnik Azərbaycan xəbər verir ki, Tramp bunu "Washington Post" nəşrinə müsahibəsində bildirib.

ABŞ prezidenti görüşün mümkün ləğvinin Kerç boğazında yaranan vəziyyətlə bağlı olduğunu deyib: "Bu aqressiya mənim xoşuma gəlmir. Ümumiyyətlə mən aqressiya istəmirəm".

Mərkəzi Amerikalı qaçqınlar - Sputnik Azərbaycan
Tramp ABŞ üçün daha bir məsələdə qalib gəldi

Tramp əlavə edib ki, yaxın vaxtlarda xüsusi xidmət orqanlarından insidentlə bağlı tam hesabat gözləyir.

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna və Rusiya gəmilərinin iştirakı ilə insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıblar. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb.

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Qeyd edilir ki, yaralıların həyatı üçün təhlükə yoxdur.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda ittiham edir.

Xəbər lenti
0