Almaniya və Fransa Moskvaya qarşı sanksiyaların əleyhinə çıxdı

© © RF FTX Sərhəd Xidməti / Mediabanka keçidKerç limanında saxlanılmış Ukrayna gəmiləri
Kerç limanında saxlanılmış Ukrayna gəmiləri - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniya və Fransa hökumətləri ATƏT-in rolu nəzərə alınmaqla diplomatik səyləri davam etdirmək niyyətindədir.

BAKI, 28 noyabr — Sputnik. Almaniya və Fransa Kerç boğazında insident fonunda Rusiyaya qarşı mövcud sanksiyaların sərtləşdirilməsinə qarşı çıxıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu "Welt" nəşri Avropa İttifaqında olan diplomatik mənbələrə istinadən xəbər verir.

Nəşr yazır ki, ötən gün Brüsseldə siyasət və təhlükəsizlik üzrə komitənin gizli iclasında hər iki ölkənin diplomatları bildirib ki, hazırda "inamın artırılması üzrə qərarlar" qəbul etməlidir. Avropa İttifaqından olan mənbələr sanksiyaların belə qərarlara daxil olmadığını bildirib.

Avropa Parlementinin binası, arxov şəkli - Sputnik Azərbaycan
Avropa Parlamenti Səudiyyə Ərəbistanına sanksiya qərarını qəbul etdi

"Welt" nəşri yazır ki, Almaniya və Fransa hökumətləri ATƏT-in rolu nəzərə alınmaqla, diplomatik səyləri davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Ukraynada hərbi vəziyyət 26 noyabr Bakı vaxt ilə saat 16:00-da tətbiq olunub və bu 30 gün, yəni 26 dekabr saat 16:00-a qədər davam etməlidir.

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna və Rusiya gəmilərinin iştirakı ilə insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıblar. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb.

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Qeyd edilir ki, yaralıların həyatı üçün təhlükə yoxdur.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda ittiham edir.

Xəbər lenti
0