BAKI, 21 noyabr - Sputnik. UEFA Millətlər Liqasının VI turunda Kosovo və Azərbaycan yığmaları arasında oyun keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Priştinada keçirilən oyunda hesab 2-ci dəqiqədə açılıb. Meydan sahiblərinin 10 nömrəli oyunçusu Arber Zeneli komandasını hesabda irəli çıxarıb - 1:0.
Birinci hissə bu hesabla başa çatıb.
İkinci hissədə, 50-ci dəqiqədə Zeneli komandasının ikinci qolunu vurub - 2:0. 61-ci dəqiqədə Amir Rahmani üçüncü topu qonaqlaırn qapısından keçirib - 3:0.
76-cı dəqiqədə Arber Zeneli görüşdə özünün üçüncü topunu vurub - 4:0.
Oyun bu hesabla başa çatıb və C liqasına yeganə vəsiqəni 14 xal toplamış Kosovo millisi qazanıb. Azərbaycan yığması 9 xalla ikinci yeri tutub.