SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-Fransa gərginliyi nə ilə nəticələnəcək - politoloq şərhi

© Sputnik / Murad OrujovИльгар Велизаде
Ильгар Велизаде - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, vahid Avropa ordusunun yaranması ABŞ-ın nüfuzunu azaldacaq
İlqar Vəlizadə: “Tramp hazırki vəziyyətdən narahatdır”

“Fransa və ABŞ tarixi müttəfiqlərdir, lakin müttəfiq olmaq vassal olmaq demək deyil”. Bunu Fransa prezidenti Emmanüel Makron “Şarl de Qoll” aviadaşıyıcısının göyərtəsində TF1 telekanalına verdiyi müsahibə zamanı deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, iki ölkə arasındakı gərginlik avroatlantizmə konseptual baxışların toqquşmasıdır: “Birinci baxış odur ki, vahid ordunun yaranması Avropa ölkələrinin maraqlarına xidmət edəcək. Bu ordunun gələcəkdə hərbi-siyasi formata çevrilməsi Avropanın qüdrətini artıracaq. İkinci konsepsiya Avropa və ABŞ-ın vahidliyi əsasında qurulan konsepsiyadır. Bu konsepsiyada ABŞ-ın dominantlığı var idi. Birinci kosepsiya ABŞ-ın nüfuzunu Avropada azaldır. Ona görə də ABŞ prezidenti Donald Tramp bundan narahatdır. Gələcəkdə Avropa ordusu ideyası möhkəmlənə bilər. Bununla da NATO-nun yenidən transformasiyası haqqında düşünmək olar”.

Qeyd edək ki, bir müddət öncə Fransa Prezidenti Emmanuel Makron Avropanın vahid ordu yaratmalı olduğunu bildirib. Onun fikrincə, Avropa ABŞ-dan asılılığını azaltmalıdır.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0