Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Daha sərt münasibət gördük" - Fədayə Laçının vəkili

© pixabay / succoMəhkəmə hakiminin çəkici. Arxiv şəkli
Məhkəmə hakiminin çəkici. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Müğənni Fədayə Laçının məhkəmə prosesi keçirilib

BAKI, 12 noyabr — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçının işi üzrə məhkəmə prosesi keçirilib. Müğənninin Sputnik Azərbaycan-a açıqlama verən vəkili Türkel Süleymanlı məhkəmə prosesi haqda danışıb.

Fədayə Laçın - Sputnik Azərbaycan
CƏMİYYƏT
Fədayə Laçının sevgilisini həbsdən qaçıranların adları açıqlandı - SİYAHI

"Humanizm prinsiplərinin nəzərə alınması üçün bir müddət öncə 8 Xalq artisti tərəfindən prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət məktubu ünvanlanmışdı. Çıxışımda da humanizm prinsiplərinin nəzərə alınmasını xahiş etdim" - vəkil deyib.

"Lakin təəssüflər olsun ki, humanist addımların atılmasını görmədik. Daha sərt münasibətlər gördük" – deyə T.Süleymanlı Fədayə Laçının cəmiyyət üçün təhlükə təşkil etmədiyini və növbəti görüşlərdə hər bir dustaq kimi müğənniyə də çıxış üçün son söz veriləcəyini söyləyib.

Xatırladaq ki, müğənni ötən ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə məhbusların qaçmasına yardım etməkdə təqsirli bilinir.

Xəbər lenti
0