QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Moskva Ermənistandakı siyasi təlatümdən narahatdır

© Sputnik / Maksim Blinov / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров
Министр иностранных дел РФ Сергей Лавров - Sputnik Azərbaycan
Abunə olmaq
Lavrov: "Ermənistanda sabitlik olmayana qədər Qarabağ münaqişəsinin həllindən danışmaq mümkün deyil"

BAKI, 2 noyabr — Sputnik. "Ermənistanda daxili proseslər sabitləşməyənə qədər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair çıxış yolları tapmaq çətin məsələdir".

Премьер-министр Армении Никол Пашинян на совещании по жилищному вопросу молодым семьям и военнослужащим (26 июня 2018). Еревaн - Sputnik Azərbaycan
Paşinyanın Qarabağa səfərinin əsl səbibi bilindi

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu ATƏT-in Baş katibi Tomas Qremingerlə Qarabağ danışıqlarının yekunlarına dair keçirilən brifinqdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Əldə olunan razılaşma (Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin Düşənbədə görüşü nəzərdə tutulur - red.) bundan ibarət idi ki, kontaktlar davam etdirilməlidir, xarici işlər nazirləri görüşəcəklər və təbii ki, Ermənistan və Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işi davam etdirəcək. Biz belə bir razılaşmanı alqışlayırıq" - deyə Lavrov qeyd edib.

"Ermənistanda indi müşahidə etdiyimiz yetərincə gərgin daxili tərəddüdlər bitməyənə qədər bu böhranı aradan qaldırmaq, Dağlıq Qarabağ münaqişəsinin tam həllinin konkret variantlarına dair ciddi müzakirələr aparmaq çətin ki, mümkün olsun" - Rusiya XİN başçısı vurğulayıb.

Xəbər lenti
0