Yeni iddia: ABŞ hücuma keçəcək, sülh pozulacaq

© REUTERS / Ammar Abdullahİdlib şəhəri
İdlib şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ İdlibə terrorçular göndərməyə başlayıb, 90 İŞİD terrorçusu yaxalanıb

BAKI, 28 oktyabr — Sputnik. "İdlib ABŞ tərəfindən vurulacaq. Amerika bunun üçün İŞİD və Əl-Qaidəni bəhanə edəcək".

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, bunu Azad Suriya Ordusunun qurucu komandiri Riyad Əsəd deyib.

Onun sözlərinə görə, ABŞ-ın hədəfi sülh prosesini sabotaj etməkdir və bu məqsədə görə hər şeyi edər.

Sergey Lavorv - Sputnik Azərbaycan
Lavrov açıqladı: "Türkiyə ilə razılıq əldə olunub"

O, bildirib ki, İŞİD terrorçuları fərqli yollardan Deyr-əz-Zor əyalətindən İdlibə köçürülüb. İdlibdə onlara qarşı keçirilən əməliyyat nəticəsində 90 terrorçu yaxalanıb.

"İdlibdə təmin edilən sülh ABŞ-ın planlarını pozdu. Şərtləri öz xeyrinə dəyişmək üçün bölgəyə terrorçu nəql edir. Son 4 ayda İdlibə sızan İŞİD terrorçularının sayı 250-ni keçib" – deyə o bildirib.

Yaxalanan İŞİD terrorçuları İdlibi vilayətləri elan etməyə hazırlaşdıqlarını söyləyiblər. Onlar yaxın dövrdə İdlibdə geniş miqyaslı qarşıdurma və sabotaj aksiyaları keçirməyi qarşılarına məqsəd qoyduqlarını açıqlayıblar.

Terrorçular ABŞ, PKK və Əsəd rejimi tərəfindən dəstəkləndiklərini etiraf ediblər.

Xəbər lenti
0