Fikrət Sadıxov: “Sanksiyalar Qərbin Rusiyaya olan münasibətinin göstəricisidir”
Avropa Parlamenti Azov dənizində vəziyyətin gərginləşəcəyi halda Rusiyaya qarşı daha sərt saksiyalar tətbiq etməyə imkan verən qətnamə layihəsi hazırlayıb.
Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, bu, Qərbin Rusiyaya olan münasibətinin göstəricisidir: “Tərəflər arasında açıq şəkildə qarşıdurma gedir. Qərb Rusiyaya qarşı artıq bir sıra sanksiyaları tətbiq edib. Azov dənizi ilə bağlı olan vəziyyət də həmin siyasətin davamıdır. Ancaq Rusiyanın qıcıqlandırılması böyük fəlakətlərə gətirib çıxara bilər. Yəni qarşıdurma təkcə sanksiya deyil, münaqişə səviyyəsinə də keçə bilər”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz