BAKI, 25 oktybr — Sputnik. Futbol üzrə Çempionlar Liqasında I dövrəyə yekun vurulub.
Sputnik Azərbaycan-ın məlumatına görə, III turun ikinci günündə dövrənin son 8 görüşü baş tutub.
A qrupunda ilk iki matçda qələbələri sıralayan Dortmund “Borussiya”sı bu dəfə “Atletiko”nu darmadağın edib.
B qrupunda da maraqlı oyun keçirilib. 6 xalla liderliyi bölüşən “Barselona” və “İnter” “Nou Kamp”da üz-üzə gəlib. Hər hissədə bir dəfə fərqlənən “Barsa” yoluna itkisiz davam edir.
C qrupunda PSJ öz meydanında “Napoli” ilə matçda məğlubiyyətdən son anda qurtulub. “Liverpul” isə doğma azarkeşləri önündə “Srvena Zvezda”ya aman verməyib.
D qrupunda səfərdə “Lokomotiv”i üstələyən “Porto” liderliyi ələ keçirib. “Qalatasaray”la “Şalke”nin İstanbuldakı duelində isə qol səsi çıxmayıb.
A qrupu
“Brügge” (Belçika) – “Monako” (Fransa) — 1:1
“Borussiya” (Dortmund, Almaniya) – “Atletiko” (İspaniya) — 4:0
B qrupu
PSV (Hollandiya) – “Tottenhem” (İngiltərə) — 2:2
“Barselona” (İspaniya) – “İnter” (İtaliya) — 2:0
C qrupu
PSJ (Fransa) – “Napoli” (İtaliya) — 2:2
“Liverpul” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya) — 4:0
D qrupu
“Qalatasaray” (Türkiyə) – “Şalke” (Almaniya) — 0:0
“Lokomotiv” (Rusiya) – “Porto” (Portuqaliya) — 1:3