BAKI, 18 oktyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı 18 oktyabr tarixinə olan valyuta məzənnələrini açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, 1 ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,5% azalaraq 1,9550 manat, rus rublu isə 0,38% azalaraq 0,0259 manat təşkil edib. 1 türk lirəsi 0,3042 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6331 manatdır.
Qeyd edək ki, oktyabrın 17-də 1 ABŞ dollarının məzənnəsi 1,7000 manat, avronun məzənnəsi 1,9649 manat, Rusiya rublunun məzənnəsi 0,0260 manat təşkil edib.