SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Türkiyə ilə ABŞ arasında razılaşma var”

Abunə olmaq
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu deyir ki, Türkiyə bu hərəkətin qarşılığında ABŞ-ın hansısa addım atacağını gözləyir

Elxan Şahinoğlu: “Türkiyənin ABŞ-dan istəkləri var”
“Brunsonun sərbəst buraxılmasının arxasında siyasi səbəb axtarmaq düzgün deyil”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olan rahib Andryu Brunsonun azadlığa buraxılmasına münasibət bildirərkən, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, bu açıqlamalara baxamayaraq hadisənin arxasında Türkiyənin siyasi istəyinin olması aydın məsələdir:

“ABŞ təzyiqləri ilə üzləşmək Türkiyə iqtisadiyyatına mənfi təsir edirdi. Türkiyə bu hərəkətin qarşılığında ABŞ-ın hansısa addım atacağını gözləyir. Çünki Türkiyənin də ABŞ-dan istəkləri var. Düşünürəm ki, bu iki ölkə arasında razılaşma var və onun əsasında hansısa problemli məsələnin həlli gözləniləndir”.

Qeyd edək ki, günahı tam sübuta yetiriləcəyi təqdirdə Brunsonu 35 il azadlıqdan məhrum etmə cəzası gözləyirdi.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0