CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Facebook"dan seçki hazırlığı

© AFP 2024 / Lionel BONAVENTUREFacebook
Facebook - Sputnik Azərbaycan
Abunə olmaq
"Facebook" ABŞ-da aralıq seçkiləri öncəsi yüzlərlə səhifəni silib

BAKI, 12 oktyabr — Sputnik. "Facebook" əməkdaşları tərəflərindən guya əlaqəli şəkildə spam və qəsdən yalan məlumat yayılan 559 səhifə və 251 hesabı silib.

“Report” xəbər verir ki, bu barədə sosial şəbəkənin cümə axşamı yayılan məlumatında deyilir.

Bildirilir ki, göstərilən səhifə və profillər guya spam və əlaqələndirilmiş qeyri-həqiqi hərəkətlərlə bağlı qaydaları dəfələrlə pozublar. Onların köməkliyi ilə böyük həcmdə məlumat, xüsusilə sosial şəbəkə administrasiyasının qiymətləndirməsinə görə, bunların siyasi müzakirələr üçün qanuni forum olub-olmaması ilə bağlı insanları çaşdırmağa yönəlmiş nəzəri cəlb edən başlıqlı məlumatlar dərc edilib.

Şirkət noyabrda ABŞ Konqresində keçiriləcək aralıq seçkilərlə əlaqədar olaraq əməkdaşlar tərəfindən görülən tədbirləri sərtləşdirmək qərarına gəlib.

Bildirilir ki, burada söhbət saxta və ya eyni adlı çoxsalı profillərdən gedir.

Xəbər lenti
0