BAKI, 26 sentyabr — Sputnik. Bu gün Rusiya regionları ilə Azərbaycan arasındakı ticarət-iqtisadi, eləcə də humanitar əlaqələrin inkişafı ikitərəfli münasibətləri əhəmiyyətli dərəcədə şaxələndirir və zənginləşdirir. Artıq 9-cu dəfədir ki, ölkələrin birgə regionlararası forumu keçirilir. Bu forumlarda əməkdaşlığın perspektivləri müzakirə edilir, ikitərəfli əlaqələri irəliyə doğru hərəkət etdirəcək konkret qərarlar qəbul olunur.
Rusiya biznes və humanitar əməkdaşlıq sahəsində ikitərəfli əlaqələrin perspektivlərini necə görür? Bu məsələyə 28 sentyabr saat 11:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında aydınlıq gətiriləcək.
İştirak edəcəklər:
Aygül Şamsutdinova, Olesya Şkreba — A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun rus dili səfirləri;
Anton Bredixin — tarix elmləri namizədi, "Etnik və Beynəlxalq Tədqiqatlar Mərkəzi" sosial-iqtisadi və siyasi konsaltinq muxtar qeyri-kommersiya təşkilatının elmi rəhbəri;
Danil Sergeyev — Ural Dövlət Hüquq Universitetinin dövlət və beynəlxalq hüququ institutunun direktoru;
Andrey Devyatkov — Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun postsovet tədqiqatlar mərkəzinin baş elmi əməkdaşı.
Əlaqə üçün
Telefonlar: 404-13-84/85,
E-mail: i.velizade@rian.ru.
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzinin binası.