Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Vəziyyət xeyrimizə dəyişir, böyük qazanc əldə edəcəyik

© Sputnik / Murad OrujovДоллары США и азербайджанские манаты
Доллары США и азербайджанские манаты - Sputnik Azərbaycan
Abunə olmaq
Neftin qiymətinin 10 dollar atması konsorsium daxil olmaqla ölkə üçün 6 milyon 410 min dollar gündəlik gəlir deməkdir

BAKI, 25 sentyabr — Sputnik. Azərbaycan nefti bahalaşa bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb. O, qeyd edib ki, OPEC və bu təşkilata üzv olmayan ölkələrin son birgə toplantısında hasilatın artırılması ilə bağlı qərarın qəbul edilməməsinə qlobal neft bazarı qısa zamanda reaksiya verib.

Neft nasosu və tankerlər - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Neft yenə fontan vurur: Qiyməti 100 dolları keçəcək

"Brent markalı neftin bir barelinin dünya bazar qiyməti 2015-ci ildən sonra ilk dəfə olaraq 80 dollarlıq psixoloji həddi keçib. Bu, Azərbaycan neftin hər barelinin 80 dollardan daha baha satılması deməkdir" — deyə ekspert bildirib.

İqtisadçı qeyd edib ki, bir tərəfdən OPEK+ razılıq əldə edə bilmədi, digər tərəfdən isə ABŞ-ın İrana tətbiq etdiyi sanksiayalar qobal təklifin gündəlik 1.1 milyon barel azalmasına səbəb olur: "Bu isə tələb və təklif arasında fərqin genişlənməsinə və nəticədə neftin dünya bazar qiymətində artımlara gətirib çıxaracaq".

"OPEC-in son toplantasından sonra JP Morgan "Brent" markalı neftin hər barelinin qiymətinin yaxın zamanlarda 90 dollara çatacağını proqnozlaşdırıb. Digər tərəfdən isə, dünya üzrə ümumi iqtisadi tempinin bir müddət öncə azaldılmasına rəğmən, neftə tələbin artması müşahidə edilməkdədir. Xüsusən, Çin və Hindistanda neftə tələbin artması qeydə alınır. Növbəti 20 ildə isə neftə olan tələbin gündəlik 14.5 milyon barrel artacağı proqnozlaşdırılır ki, bu da 2040-ci ildə gündəlik 111.7 milyon barel istehlak deməkdir" — Bayramov yazıb.

Əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın twitləri də artıq neft bazara təsir göstərmir: "Əslində bu twitlərdə məqsəd qiymət azalmalarına nail olmaqdan daha çox, Birləşmiş Ştatlar Administrasiyasının yüksək qiymətlərdən heç də məmun olmadığını nümayiş etdirməkir. ABŞ neftin qiymətinin stabilləşdirilməsi üçün twitlərdən başqa real heç bir addım atmaqda maraqlı görsənmir. Sanksiyalara məruz qalan İran isə OPEC toplantısından öncə yeni razılaşmaya imkan verilməyəcəyini bəyan etdi və buna da nail ola bildi".

"300 milyard bareldən çox neft ehtiyatları ilə dünyada ən zəngin neft rezervinə malik olan Venesualada isə iqtisadi böhran neft sektorunu da bürəməkdədir. ABŞ-ın mesajlarına dəstək olan Səudiyyə Ərəbistanı isə bu ilin dekabr ayında keçiriləcək OPEC-in növbəti toplantısında hasilatın artırılması ilə bağlı qərar qəbul etməyə çalışır" — deyə o, qeyd edib.

V.Bayramovun sözlərinə görə, Azərbaycanın gündəlik neft ixracatının 641 min barel olduğunu nəzərə aldıqda, qiymətin 10 dollar atması konsorsium daxil olmaqla ölkə üçün 6 milyon 410 min dollar gündəlik gəlir deməkdir: "Bu vəsaitdən xərc çıxılandan sonra qalan mənfəətin 75 faizi ölkəmizə çatır. Göründüyü kimi, neftin dünya bazar qiymətindəki artımlar Azərbaycan üçün əlavə valyuta daxil olmaları deməkdir".

"Bununla belə, bu ilin noyabr ayı neft bazarı üçün əhəmiyyətli olacaq. Həmin ay ABŞ-da aralıq seçkilər keçirilir və bu seçim nəticəsi, hətta Ağ Evdə belə, dəyişikliklərə səbəb ola bolər. Digər tərəfdən isə, ABŞ noyabradək İrandan neft idxalını dayandırmayanlara sanksiya tətbiq etməyi planlaşdırır. Göründüyü kimi, dünya neft bazarında qlobal oyun qaydalarına yenidən dəyişikliklər edilir" — iqtisadçı vurğulayıb.

Xəbər lenti
0