Böyük barışıq: Bu anlaşma 500 milyonluq bölgəyə nəzarət imkanı verəcək

Abunə olmaq
Türkiyə prezidenti Rəcəb Tayiib Ərdoğan İsraillə münasibətlərdə olan gərginliyi azaltmaq istəyir

BAKI, 17 sentyabr — Sputnik. İsrail və Türkiyə diplomatik əlaqələrin bərpası üzrə danışıqlar aparır. Sputnik Azərbaycan-ın xəbərinə görə, "Ediot Axronot" qəzeti yazır ki, tərəflər, həmçinin Sukkot bayramından sonra hər iki ölkənin səfirlərinin geri qaytarılması məsələsini də nəzərdən keçirir.

Kneset - Sputnik Azərbaycan
Türkiyə və İsrail arasında yeni qalmaqal yaşanır

Məqalənin müəllifi İtamar Ayxnerə görə, tərəflər arasında dörd ay davam edən konfliktdən sonra münasibətlərin bərpa olunmasına səbəb Suriyada vəziyyətin dəyişməsi olub. Belə ki, Suriyada vətəndaş müharibəsi sona çatmaq üzrədir və burada İranın təsiri güclənir. 

Bundan əlavə, jurnalist Ankarada mənbələrə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə münasibətlərdə olan gərginliyi azaltmaq istəyir. Qeyd olunur ki, bu barışığın böyük siyasi nəticələri ola bilər. Yarım milyarda yaxın əhalisi olan Yaxın Şərqin iki iddialı supergücünün anlaşması mütləq bölgədə yeni situasiya yaradacaq.

Xatırladaq ki, bu ilin mayın 14-də Birləşmiş Ştatların Təl-Əvivdəki səfirliyi rəsmən Qüdsə köçürülüb. Mərasimdə ABŞ və İsraildən olan nümayəndələr iştirak ediblər.

Fələstində ABŞ-ın İsraildəki səfirliyini Qüds şəhərinə köçürməsinə etiraz olaraq keçirilən kütləvi aksiyalarda İsrail ordusu ilə baş verən toqquşmalar nəticəsində isə 60 nəfər ölüb, 3000-dən çox insan yaralanıb.

Bundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili terror dövləti adlandıraraq Qəzza zolağında ölənlər üçün ölkəsində üç günlük matəm elan edib. İsrailin Ankaradakı səfiri Eitan Naeh mayın 15-də Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Qəzza zolağında baş verən hadisələrlə bağlı diplomata etiraz notası təqdim edilib.

Türkiyə XİN rəsmiləri, eyni zamanda səfirə Ankaranı tərk edərək İsrailə qayıtmağı və bir müddət ölkəsində qalmağı tövsiyə ediblər. Mayın 16-ı İsrailin Ankaradakı səfiri Eitan Türkiyəni tərk edib.

Bu hadisələrin fonunda Knessetin deputatı İçik Şmuli (Sionist düşərgəsi) qondarma "erməni soyqırımı"nın tanınması məsələsi ilə bağlı qanun layihəsini parlamentə təqdim edib. Analoji qanun layihəsini "Likud" partiyasından Amir Oxan da təqdim edib.

İsrailin turizm naziri Yariv Levi isə ölkə vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb.

Xəbər lenti
0