Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Professor: “Azərbaycan yapon investisiyası üçün perspektivli məkana çevrilib”

© Sputnik / Murad OrujovDövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov
Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Professor Elşad Məmmədov deyir ki, danışıqlar aparılarkən investisiyaların ölkə iqtisadiyyatında geriləmə müşahidə olunan sferalara yönəlik olması zəruridir

Elşad Məmmədov: “Azərbaycan-Yaponiya iqtisadi əlaqələri güclənəcək”
Azərbaycan və Yaponiya investisiya sazişinə dair danışıqlar prosesinə başlayıb. Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Mitsuko Şino Bakıda keçirilən brifinqdə deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, ölkəmizin investisiya qoyuluşu üçün seçilməsi Azərbaycanın bu baxımdan perspektivli məkan olduğunu təsdiq edir: 

“Düşünürəm ki, bundan sonra Azərbaycan-Yaponiya arasındakı xarici ticarət dövriyyəsi, həm digər komponentlərdə iqtisadi əlaqələrimiz güclənəcək. Bir məqamı qeyd etmək lazımdır ki, yapon investisiyaları strateji və birbaşa investisiyalardan ibarət olur. Bu da ölkəmizin iqtisadiyyatı üçün çox önəmlidir. Düşünürəm ki, danışıqlar aparılarkən investisiyaların ölkə iqtisadiyyatında geriləmə müşahidə olunan sferalara yönəlik olması zəruridir”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0