Avropada Türkiyə ilə bağlı narahatlıqlar artır

© AFP 2024 / ODD ANDERSENAlmaniya və türkiyə bayraqları
Almaniya və türkiyə bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniya qəzeti: Alman banklarının Türkiyədəki fəaliyyətlərinə nəzarət artırılıb

BAKI, 27 avqust — Sputnik. Almaniyanın Maliyyə Xidmətləri Nəzarət Şurası (BaFin) bəzi alman banklarının Türkiyədəki fəaliyyətləri üzərindəki nəzarətini artırıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Almaniyanın "Börsen Zeitung" qəzeti yayıb.

Məlumata görə, bu bankların Türkiyədəki fəaliyyətləri ilə bağlı Almaniyanın orqanlarına daha nizamlı olaraq, yəni həftədə bir neçə dəfə məlumat verməsi tələb olunub. Bu bankların kiçik və orta banklar olduğu qeyd olunur.

Əlavə edilir ki, BaFin nəzarət altındakı banklardan hansısa birinin təhlükədə olmadığı qənaətindədir. Ancaq BaFin-dən məsələyə dair rəsmi bir açıqlama gəlməyib.

Türk lirəsinin ilin əvvəlindən bəri dollar və avro qarşısında dəyər itirməsi və Türkiyə şirkətlərinin xarici banklara olan borcları Avropa banklarına qarşı risklərlə bağlı narahatlıqlara yol açmışdı.

Xəbər lenti
0