Yüz nəfərə yaxın sərnişin daşıyan təyyarə qəzaya uğrayıb

© AFP 2023 / Justin TALLISDumanda eniş edən təyyarə, arxiv şəkli
Dumanda eniş edən təyyarə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Emraer 190" təyyarəsinin qəzaya uğraması zamanı həlak olan olmasa da, 85 sərnişinin xəsarət aldığı bildirilir

BAKI, 1 avgust — Sputnik. Meksikanın Durango ştatında sərnişin təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, təyyarədə 97 sərnişin və 4 ekipaj üzvü olduğu bildirilir.

"Aeromexiko" Hava Yolları şirkətinə məxsus olan "Emraer 190" təyyarəsinin qəzaya uğraması zamanı həlak olan olmasa da, 85 sərnişinin xəsarət aldığı bildirilir. Məlumata görə, təyyarə paytaxt Mexikoya gedəcəkmiş, amma Guadalupa Viktoriya Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin hava şəraiti ilə bağlı qəzaya uğradığı deyilir.

Xəbər lenti
0