BAKI, 31 iyul — Sputnik. Zəlzələdən sonra İndoneziya dağlarında Rincani vulkanı yaxınlığından 800-dən çox turist təxliyyə edilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, onlar arasında ABŞ, Malaziya, Kanada, Fransa və Sinqapur vətəndaşları var.
Son məlumata görə, bütün insanlar hazırda təhlükəsizlikdədir və yemək və su ilə təmin ediliblər. Qeyd olunub ki, yüzlərlə insan zəlzələ zamanı sürüşmə olduğu üçün dağdan düşə bilməyib.
Xatırladaq ki, İndoneziyada Mataram şəhəri yaxınlığında 6,4 bal gücündə zəlzələ olub. Zəlzələdən sonra ərazidə 5,7 bal gücündə 11 avtoşok qeydə alınıb. Fəlakət zamanı 14 nəfər ölüb və 164 nəfər xəsarət alıb, 1000-dən çox tikili dağılıb.