İlqar Vəlizadə: “Angela Merkelin Qafqaza səfəri Azərbaycan və Almaniya üçün yeni imkanlar yaradır”
“Almaniyanın kansleri Angela Merkelin Azərbaycana və ümumiyyətlə Cənubi Qafqaza səfəri tarixdə ilk dəfə baş verir – müstəqillik qazanmış bu regiona indiyədək Almaniya kansleri səfər etməyib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Angela Merkel Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində avqustun 23-də Gürcüstanda, 24-də Ermənistanda, 25-də isə Azərbaycanda olacaq. O, ölkə rəhbərlikləri ilə görüşlər keçirəcək.
“Almaniya kanslerinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin səviyyəsinin qaldırılması üçün imkanlar yaradır. Biz ümid edə bilərik ki, Azərbaycan və Almaniya münasibətlərində indiyədək olan çərçivələr kanslerin səfəri nəticəsində müəyyən qədər genişlənsin” — deyə İlqar Vəlizadə bildirib.
Politoloqun geniş şərhini audiofaylda dinləyə bilərsiniz