Yüz yaşlı qadın çomağına sarılıb....

© REUTERS / MICHAEL DALDERПолиция Германии, фото из архива
Полиция Германии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Polis versiyasına görə, yuxarıdakılar qadının başını qatarkən, aşağıda gözləyən şəxs onun evindən dəyərli əşyaları aparmalı imiş

BAKI, 22 iyul — Sputnik. Almaniyada yüz yaşlı qadın oğruları çomaqla qovub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, 103 yaşlı qadın çıxış qapısını açanda iki nəfər içəri daxil olub. Onlar qadını mətbəxə aparıb və hansısa sənədlərə qol çəkməyi tələb ediblər. Başqa bir cinayətkar isə pilləkənlərdə qalaraq vəziyyətə nəzarət edib.

Polis versiyasına görə, yuxarıdakılar qadının başını qatarkən, aşağıda gözləyən şəxs onun evindən dəyərli əşyaları aparmalı imiş.

Ancaq qadın planı pozub. O, cinayətkarların verdiyi kağızları imzalamaqdan imtina edib. Onlardan biri qadına yaxınlaşanda isə anidən çomağını götürərək oğruları döyməyə başlayıb. Bundan sonra oğruların 3 də gizlənib. Qadın heç bir xəsarət almayıb.

Xəbər lenti
0