Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilib

© Sputnik / Murad OrujovЮжный терминал международного аэропорта Гейдар Алиев
Южный терминал международного аэропорта Гейдар Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
Londondan Mumbay şəhərinə uçan təyyarə Bakıda məcburi eniş edib

BAKI, 12 iyul — Sputnik. Bakı vaxtı ilə 12 iyul səhər saat 05:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilib. Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, siqnal "British Airways" aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarənin sol mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra verilib.

Qatar Airways - Sputnik Azərbaycan
HADİSƏ
Bakı hava limanında qəzalı eniş: Həyəcan siqnalı verildi

Bildirilib ki, göyərtəsində 214 nəfərin (197 sərnişin və 17 uçuş heyətinin üzvü) olduğu "Boeing-777" təyyarəsi Londondan (Böyük Britaniya) Mumbay (Hindistan) şəhərinə BAW-199 nömrəli aviareysi həyata keçirirmiş.

Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılıb. Təyyarə Bakı vaxtı ilə saat 06:29-da uğurlu eniş edib, xəsarət alan yoxdur. Sərnişinlər hava limanının tranzit zonasında yerləşdirilib, onlara yemək və içkilər təqdim edilib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ən müasir naviqasiya və yerüstü avadanlıqlarla təchiz olunub. Bu səbəbdən aviaşirkətlər fors-major vəziyyətlər yarandıqda regionun hava məkanında məhz Bakı hava limanını seçirlər.

Xəbər lenti
0