ABŞ Qüdsdən sonra növbəti böyük təxribata hazırlaşır

© AP Photo / Felipe DanaƏrbil şəhəri, arxiv şəkli
Ərbil şəhəri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Birləşmiş Ştatlar dünyanın ən böyük konsulluq binasını Ərbildə inşa edir

BAKI, 9 iyul — Sputnik. İraqın bölünməsi layihəsini işə salan ABŞ, İraqın şimalında kürdlərin mərkəzi şəhəri olan Ərbildə dünyadakı ən böyük konsulluq binasını inşa edir. İsraildəki səfirliyini Qüdsə daşıyaraq böyük bir təxribata imza atan ABŞ-ın bənzər bir təxribatı Ərbildə də təşkil edəcəyi iddia edilir.

© Photo : Haber 7Ərbildə ABŞ-ın konsulluq binasının inşası
Ərbildə ABŞ-ın konsulluq binasının inşası - Sputnik Azərbaycan
Ərbildə ABŞ-ın konsulluq binasının inşası

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, ABŞ dünyanın ən böyük konsulluq binasını Ərbildə inşa edir. Dörd ilə bitəcək kompleksin xərcinin 650 milyon dollar olduğu deyilir. İddia olunur ki, Ərbildə tikilən kompleks konsulluqdan çox səfirlik standartlarına əsasən hazırlanır.

© Photo : Haber 7Ərbildə ABŞ-ın konsulluq binasının inşası
Ərbildə ABŞ-ın konsulluq binasının inşası  - Sputnik Azərbaycan
Ərbildə ABŞ-ın konsulluq binasının inşası

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməklə dünyada kəskin etirazlara səbəb olub.

Xəbər lenti
0