İqtidar partiyasının rəsmisi: "Belələri üçün xədim cəzası nəzərdə tutulur"

© AFP 2024 / OZAN KOSETürkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Mahir Ünal
Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Mahir Ünal - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini, partiya sözçüsü Mahir Ünal cinsi istismar üçün edam və ya xədim cəzasının nəzərdə tutulduğunu deyib

BAKI, 4 iyul — Sputnik. Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini, partiya sözçüsü Mahir Ünal cinsi istismar üçün edam və ya xədim cəzasının nəzərdə tutulduğunu deyib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, partiya sözçüsü bildirib ki, uşaqlarımızı qorumaq ilk işimiz olacaq: "Bir sıra işlərimiz var. Heyvan hüquqları ilə bağlı da görüləcək işimiz var".

O, əlavə edib ki, ölkədə növbədənkənar seçkilər artıq başa çatıb: "Seçicilər qərarlarını veriblər. Yenidən növbədənkənar seçkilərin müzakirəsini düzgün hesab etmirik. Hazırda Türkiyə qabağına baxmaqdır. Prioritetimiz yeni sistemin fəaliyyətə başlamasıdır. Bizim gündəmimizdə növbədənkənar seçkilər yoxdur".

Xəbər lenti
0