ABŞ-ı Koreya ilə müharibədən mən xilas etdim – Tramp

© AFP 2023 / SAUL LOEBDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Trampın sözlərinə görə, Şimali Koreya ilə danışıqlar pozitiv istiqamətdə gedir

BAKI, 4 iyul — Sputnik. ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun sayəsində ABŞ və Şimali Koreya arasında müharibə başlamayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tramp öz "Twitter" səhifəsində yazıb.

Trampın sözlərinə görə, Şimali Koreya ilə danışıqlar pozitiv istiqamətdə gedir.

"Son 8 ayda heç bir raket buraxılmayıb və nüvə sınağı həyata keçirilməyib. Bütün Asiya həyəcanlıdır. Yalnız feyk xəbərlərin də daxil olduğu müxalifət partiyası narazılıq etməyə davam edir. Əgər mən olmasaydım, onda biz hazırda Şimali Koreya ilə müharibə aparırdıq", — deyə ABŞ prezidenti yazıb.

Xəbər lenti
0