Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq Ərdoğanın qələbəsini şərtləndirmiş amillərdən danışır

Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, iqtidar koalisiyası parlament seçkilərinin nəticələrində qalib gəlməklə konstitsiyon təşəbbüsü ələ almış oldu

İlqar Vəlizadə: “Ərdoğanın siyasi kursu növbəti illərdə də davam etdiriləcək”
“Bütün hallarda Ərdoğanın seçkilərdə qalib gəlməsi gözlənilən idi”. Bunu Sputnik Azərbaycan-a Türkiyədə keçirilən prezident seçkilərinin nəticələrini şərh edərkən politoloq İlqar Vəlizadə deyib. Politoloq bildirib ki, Ərdoğanın apardığı seçki kampaniyası və seçkilərdə digər rəqiblərini geridə qoyması onun qələbəsinə şübhə yaratmır:

“İqtidar koalisiyası parlament seçkilərinin nəticələrində qalib gəlməklə konstitsiyon təşəbbüsü ələ almış oldu. Bu da hakimiyyətin qanunvericilik təşəbbüsünün təsdiqlənməsi üçün lazımi şərait yaradır. Bundan sonra da Türkiyədə AKP-nin və onun lideri Ərdoğanın siyasi kursu davam etdiriləcək. Türkiyə tam şəkildə prezident idarə üsuluna keçəcək. Bu da Türkiyənin ən yeni tarixində görünməmiş bir hadisədir”.

İyulun 24-də keçirilən növbədənkənar prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan seçicilərin 52.5% səsini toplayaraq ilk turda yenidən prezident seçilib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0