BAKI, 26 iyun — Sputnik. AR Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkül Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Abşeron rayonunun Masazır qəsəbəsinin ərazisində külli miqdarda saxta pul və onu düzəldib satan şəxsi ələ keçiriblər.
Bu barədə Sputnik Azərbaycan-a AR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Saxta pul kəsən şəxsin saxlanılması istiqamətində keçirilən əməliyyat uğurla nəticələnib. BMCMİ-nin əməkdaşlaı Zəngilan rayon Polis şöbəsi ilə birlikdə əvvəllər məhkum olmuş Gəncə şəhər sakini Orxan Cəfərovu saxlayıblar. O, suç üstündə yaxalanıb.
Cəfərov çay evində 20 min saxta pulu 4100 ABŞ dollarına satmağa cəhd edib.
Saxlanılan şəxs əvvəllər Rusiya ərazisində qəlp pul düzəldib satmağa görə həbsdə yatıbmış. Lakin görünür həbsxana həyatı onu islah etməyib və o, əskinas saxtakarlığı şakərindən yaxa qurtara bilməyib.
Hazırda faktla bağlı istintaq tədbirləri həyata keçirilir.