CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni virus yayılıb, özünüzü qoruyun...

© AP Photo / Alexander ZemlianichenkoTelegram mesenceri
Telegram mesenceri - Sputnik Azərbaycan
Abunə olmaq
Əslində isə proqram işləməyə davam edir

BAKI, 23 iyun — Sputnik. ESET şirkətinin mütəxəssisləri Android telefonlar üçün önəmli kimi görünən yeni troyan virusu aşkar ediblər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, zərərverici proqram HeroRat adlanır. Qeyri-rəsmi internet mağazalardan proqram üçün müraciət edənlərə hücum edir.

Hücumçu sosial şəbəkə istifadəçilərini müəyyən miqdarda kriptivalyuta vermək vədi ilə aldadırlar. İstifadəçi zərərli proqramı yüklədikdən sonra yükləmənin səhv olması mesajı gəlir və proqramın öz-özünə sildiyi görünür. Əslində isə proqram işləməyə davam edir.

HeroRat cihaz üzərində bütün idarəetməni əlinə alır. Cihazın nizamlamasını dəyişir, cihazda olan məlumatları oğurlayır. Troyan virusunun müəllifləri onu arzu edənlərə 3 versiyada satır. Xüsusiyyətlərindən asılı olaraq toryan virusun qiyməri 25-100 dollar arasında dəyişir.

Mütəxəssislər Android istifadəçilərinə məsləhət görür ki, kibertəhlükəsizliyi qorumaq üçün qeyri-rəsmi mağazalara müraciət etməsinlər. Onların fikrincə, Google Play bu baxımdan təhlükəsizdir.

Xəbər lenti
0