Şimşək, yağış, dolu xəbərdarlığı edilir

© AP Photo / Frank AugsteinYağışlı havada oynayan uşaqlar
Yağışlı havada oynayan uşaqlar - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtda mülayim, bölgələrdə qeyri-sabit hava şəraiti gözlənilir

BAKI, 15 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 16-da hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək.

Güclü küləklə müşayiət olunan yağış rayonda ciddi fəsadlar törədib - Sputnik Azərbaycan
Xəbərdarlıq: Havanın üzü dönür

Temperatur gecə 18-20° isti, gündüz 26-31° isti təşkil edəcək. Abşeronun şimal çimərliklərində — Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22° isti olacaq. Cənub çimərliklərində — Türkan, Hövsan, Sahil, Şıx da cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, havanın axşam əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 27-32° isti olacaq.

Yuxarı Qarabağ — Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 26-31° isti təşkil edəcək.

Oğuz rayonu ərazisində yerləşən Qala çayının daşması - Sputnik Azərbaycan
HADİSƏ
Leysan üç rayonumuzu yuyub aparır, bölgədə təbii fəlakət yaşanır

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.

Mərkəzi-Aran — Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-20° isti, gündüz 26-31° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Xəbər lenti
0