BAKI, 11 iyun — Sputnik. Ermənistanın dövlət borcu üzrə ödəmələr artıb, carı ehtiyaclar üzrə xərclər isə artırılmayıb. Sputnik Ermənistan xəbər verir ki, 2017-cü il dövlət büdcəsi, məhz bu məntiqlə həyata formalaşdırılıb.
Ümumilikdə Ermənistanın xərcləri 6,3% artaraq bir trilyon 504 milyard drama (təxminən 3,1 milyard dollar) çatıb. Əsasən, əlavə xərclər Rusiyadan kreditlə alınan silah-sursatın və dövlət borcunun ödənilməsinə sərf olunub.
Söhbət hələ Rusiyadan götürülən birinci silah kreditindən – 200 milyon dollardan gedir. 2017-ci ilin sonlarında 100 milyon dollar dəyərində ikinci kredit götürülüb, lakin bu kredit xətt üzrə silah-sursat tədarükü 2018-ci il də başlayıb.
Ötən illə müqayisədə Ermənistanda müdafiə üzrə xərclər 30,4% artıb. Bu da, əsasən Rusiyadan alınan müdafiə kredit hesabına gerçəkləşib.
Ümumilikdə 2017-ci il üzrə Ermənistanın dövlət büdcəsindən 294 milyard dram ayrılıb ki, bu da büdcənin təxminən 20%-dir. Bu rəqəmin də 86,6 milyardı (təxminən 180 milyon dolları) Rusiyadan alınan kreditdir.