ABŞ dövlət katibinin Azərbaycandan gözləntiləri var

© REUTERS / Leah MillisГоссекретарь США Майк Помпео
Госсекретарь США Майк Помпео - Sputnik Azərbaycan
Abunə olmaq
Mayk Pompeo: “ABŞ və Azərbaycan arasında əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”

BAKI, 28 may — Sputnik. “ABŞ hökuməti və Amerika xalqının adından Azərbaycan xalqını və hökumətini Respublika Günü münasibətilə təbrik etməyə şadam”.

Sputnik Azərbaycan-ın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə,  bu barədə dövlət katibi Mayk Pompeonun Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü ilə əlaqədar yaydığı bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, 2018-ci ildə müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan,  ilk dəfə olaraq qadınlara bərabər siyasi hüquqların verilməsini təmin edən Azərbaycan Demokratik Respublikasının yaranmasından 100 il ötür.

Xəbər lenti
0