O bildirib ki, hazırda Azərbaycnada kripto valyuta ilə aparılan əməliyyatlar mərkəzləşmiş şəkildə həyata keçirilmir: “Digər ölkələrdə bu məsələlər müzkirə olunur. Çünki kripto valyuta maliyyə sistemində dəyişikliklərə səbəb olur. Onun vergiyə cəlb olunması üçün isə hüquqi bazası hazırlanmalıdır. Hazırda bir çox ölkələrdə kripto valyutanın hüquqi tərəflərinin necə tənzimlənməsi sual altındadır. Bu gün kripto valyuta ilə həyata keçirilən əməliyyatlar daha səmərəlidir”.
Bakıda keçirilən “Maliyyə texnologiyalarında yeni trendlər: blokçeyn, kriptovalyuta və təhlükəsizlik” konfransında çıxış edən Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Departamentinin baş direktorunun müavini Şamil Ərəbov Azərbaycanda kriptovalyuta əməliyyatları ilə bağlı mənfəətin vergiyə cəlb edilməli olduğunu bildirib.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz