Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Milli antidopinq qurumunun səlahiyyətləri artırılır

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджанской Республики
Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Quruma məlumat mübadiləsini həyata keçirmək səlahiyyəti verilir

BAKI, 25 may — Sputnik. Azərbaycanda milli antidopinq qurumunun səlahiyyətləri artırılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" qanunun 7-ci maddəsinə (Milli antidopinq qurumunun vəzifələri) dəyişiklik təklif edilir.

Yekaterina Sarıyeva - Sputnik Azərbaycan
İDMAN
Daha bir idmançımız dopinqdə "ilişdi"

Dəyişikliklə, aşağıdakı məzmunda 7.0.12-1-ci maddəyə əlavə edilir: "İdmanda dopinqdən istifadənin qarşısının alınması, habelə qadağan olunmuş dopinq vasitələrinin qanunsuz dövriyyəsində iştirak edən şəxslər barədə məlumat almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etmək, o cümlədən məlumat mübadiləsini həyata keçirmək;".

Beləliklə, milli antidopinq qurumuna idmanda dopinqdən istifadənin qarşısının alınması, habelə qadağan olunan dopinq vasitələrinin qanunsuz dövriyyəsində iştirak edən şəxslər barədə məlumat almaq üçün müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etmək, o cümlədən məlumat mübadiləsini həyata keçirmək səlahiyyəti verilir.

Xəbər lenti
0