ABŞ Şimali Koreyaya qarşı müharibəyə başlayır?

© AFP 2024 / Jung Yeon-je Фотографии президента США Дональда Трампа и лидера Северной Кореи Ким Чен Ына на экране телевизора, фото из архива
Фотографии президента США Дональда Трампа и лидера Северной Кореи Ким Чен Ына на экране телевизора, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni sanksiyaların tətbiqi məsələsi Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə olunub

BAKI, 25 may — Sputnik. ABŞ Prezident Administrasiyası artıq gələn həftənin əvvəlindən Şimali Koreyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqini nəzərdən keçirir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri Ağ Evdəki mənbələrinə istinadən xəbər verir.

Nəşr yazır ki, sanksiyaların tətbiqi məsələsi cümə axşamı Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə olunub. İclas zamanı Şimali Koreyaya hərbi müdaxilə məsələsi də nəzərdən keçirilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə keçirilməsi planlaşdırılan görüşdən imtina edib. Tramp məktubunda hazırkı şəraitdə görüşün reallaşmasının uyğun olmadığını vurğulayaraq bu səbəbdən təxirə saldığını qeyd edib.

Xəbər lenti
0