BAKI, 18 may — Sputnik. Ermənistanın Armavir vilayətində fəaliyyət göstərən “Tierras De Armenia” (Ermənistan torpaqları) şərab zavodunun 90 işçisi xəstəxanaya yerləşdirilib. Sputnik Ermənistan-ın verdiyi xəbərə görə, xəstəxanaya yerləşdirilən işçilərdə qida zəhərlənməsi diaqnozu qoyulub. Hazırda 60 xəstə Armavir və "Metsamor" xəstəxanalarında müalicəni davam etdirir.
İnsanların konkret nədən zəhərlənməsi müəyyənləşdirilir.
“Tierras De Armenia” şirkəti erməni əsilli argentinalı milyarder Ernesto Ernekyana məxsusdur.