Şimali Koreya danışıqlardan imtina etdi, böyük razılaşma pozulur

© REUTERS / Jorge SilvaCənubi Koreya prezidenti Moon Jae və Şimali Koreyanın lideri Kim Jong Unun maskalarını taxmış insanlar
Cənubi Koreya prezidenti Moon Jae və Şimali Koreyanın lideri Kim Jong Unun maskalarını taxmış insanlar - Sputnik Azərbaycan
Abunə olmaq
Pxenyan, eyni zamanda ABŞ-la iyunda planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib

BAKI, 16 may — Sputnik. Şimali Koreya (KXDR) Cənubi Koreya ilə mayın 16-da keçirilməsi planlaşdırılan yüksək səviyyəli danışıqlardan imtina edib. Sputnik Azərbaycan "Renhap"a istinadən xəbər verir ki, imtinaya səbəb ABŞ-ın Cənubi Koreya ilə keçirdiyi birgə hərbi təlimlər olub.

Qeyd edək ki, iki ölkə arasındakı sərhəddə keçirilməsi planlaşdırılmış görüşün təşəbbüskarı KXDR idi. Danışıqlarda "Qırmızı Xaç" xətti ilə dialoqun bərpası məsələlərinin müzakirə olunacağı planlaşdırılırdı.

Şimali Koreya, eyni zamanda ABŞ-la iyunda planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib.

Qeyd edək ki, ABŞ və Cənubi Koreya hərbçilərinin iştirak etdiyi "Max Thunder" adlı təlimlər aprelin 15-dən başlayıb. Təlimlərdə iki minə yaxın ABŞ və Cənubi Koreya hərbçisi iştirak edir.

Xəbər lenti
0