BAKI, 16 may — Sputnik. Çinin Sichuan Airlines aviaşirkətinin sərnişinləri təyyarənin qəza enişini videoya çəkiblər.
Çunsindən Lxasaya uçuş zamanı təyyarənin ön şüşəsi qırılaraq yerə düşüb. Təyyarədən çöldəki hava isə ikinci pilotu yaranmış dəliyə sorub. Nəticədə birinci pilot təyyarəni təkbaşına endirməli olub.
Bunun ardınca təyyarədəki hava mənfi 40 dərəcəyədək düşüb, oksigen maskaları düşüb, sərnişinlər arasında isə təlaş başlayıb.
İkinci pilot nəticədə yüngül xəsarətlə canını qurtarıb, stüard və sərnişinlərdən biri də yaralanıb. İndi onların həyatlarına təhlükə yoxdur.
Qeyd edək ki, oxşar süjet məşhur "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" filmində var. Orada da təyyarənin pəncərəsi qırılır və sərnişinlərdən birini hava həmin dəliyə sorur. Lakin həyatdakından fərqli olaraq kinoda həmin şəxs buz bağlayır.