Kəndliyə küçə itləri böyük zərər vurub

© Sputnik / Taras Litvinenko / Mediabanka keçidKeçilər, arxiv şəkli
Keçilər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qorxaraq qaçan 2 keçisini də itirən Feshi ümumilikdə 3 min lirə ziyana düşüb

BAKI, 15 may — Sputnik. Adananın Seyran ilçəsinin Gürsəlpaşa məhəlləsində qəribə hadisə baş verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Feshi Tekin Diyarbəkrdən Adanaya satmaq üçün bir sürü keçi gətirib və heyvanları evin yaxınlığında yerləşən boş əraziyə buraxıb. Daha sonra yemək yemək üçün gecə 03:00-da evə gedib. Heyvanlar tək qalan zaman küçə itləri sürüyə hücum edib. İtlər 4 çəpişi yaralayaraq öldürüb.

Səhər heyvanların bəzilərinin qaçdığını görən Feshi Tekin onların 19-nu evdən 2 kilometr aralıda tapıb. Qorxaraq qaçan 2 keçisini də itirən Feshi ümumilikdə 3 min lirə ziyana düşüb.

Xəbər lenti
0