BAKI, 12 may — Sputnik. 1994-cü il mayın 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş — "Bişkek protokolu" qüvvəyə minib.
Sputnik Azərbaycan-ın məlumatına əsasən, sənədə Ermənistan və Azərbaycanın parlament sədrləri, həmçinin Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının rəhbərləri imza atmışdılar. Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atmışdı. Protokolun 5-ci abzasında "tutulmuş ərazilər" sözü "işğal olunmuş ərazilər"lə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə "beynəlxalq müşahidəçilər missiyası" olması qeyd olunmuşdu.
Sənədə əsasən, tərəflər tezliklə beynəlxalq vasitəçilik sayəsində "Böyük sülh sazişi" imzalamalı idilər.