BAKI, 10 may — Sputnik. Mayın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilir. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat evrilib.
Təntənəli mərasimlər Əlahiddə Ümumqoşun Ordusu, hərbi birliklər, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunlarının hərbi hissələrində təşkil olunub.