Bakı, 3 may — Sputnik. Suriyada Rusiyaya məxsus "Su-30SM" qırıcı təyyarəsi qəzaya uğrayıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"3 may təxminən 09:45 radələrində Xmeymim aviabazasından havaya qalxan, Rusiyaya məxsus "Su-30SM" qırıcı təyyarəsi Aralıq dənizi hövzəsində qəzaya uğrayıb", — deyə məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, qəza nəticəsində hər iki pilot ölüb.
Rusiya Müdafiə Nazirliyinin ilkin məlumatına görə, qəzaya səbəb qırıcının mühərrikinə daxil olan quş olub.