Ermənistanın Müdafiə Nazirliyi təlaş içindədir

© Sputnik / Aram NersesyanТоржественный Парад в честь 25-летия Независимости Республики Армения
Торжественный Парад в честь 25-летия Независимости Республики Армения - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumatda qeyd olunur ki, respublikanın bütün ərazisində hərbi avtomobillərin və karvanlarının maneəsiz hərəkəti təmin olunmalıdır

Bakı, 2 may — Sputnik. Ermənistan Müdafiə Nazirliyi nümayişçiləri hərbi texnika, maşın və nəqliyyatın hərəkətinə mane olmamağa çağırıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumat nazirliyin rəsmi saytında yerləşdirilib.

Məlumatda qeyd olunur ki, respublikanın bütün ərazisində hərbi avtomobillərin və karvanlarının maneəsiz hərəkəti təmin olunmalıdır. Bu yerdəyişmələr maneəsiz və vaxtında həyata keçirilməlidir.

Qeyd edək ki, mayın ikisi səhər saatlarından Ermənistanda kütləvi aksiyalar keçirilir, küçələr, hava limanına gedən yol bağlanılıb, nəqliyyatın və metronun hərəkəti məhdudlaşdırılıb.

Xəbər lenti
0