Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat verdi: "Qoşunların təmas xəttində..."

© AR Ministry of DefenseAzərbaycan Respublikası Müdafiə Nazirliyinin binası
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan
"Düşmən təxribatının qarşısı dərhal, qətiyyətlə və sərt şəkildə alınacaq"

BAKI, 23 aprel — Sputnik. Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı bəyanat yayıb. 

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bəyanatda Ermənistanda hakimiyyəti sona çatmış hökumətin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmədiyi qeyd olunub.

"Bununla əlaqədar bildiririk ki, bütün cəbhəboyu zonada əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır, bölmələrimiz atəşkəs rejiminə ciddi riayət edir, gərginliyin artmasının tərəfdarı deyilik və cəbhə xəttində Müdafiə Nazirliyi tərəfindən heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir. Bəyan edirik ki, qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsinə yönələn istənilən düşmən təxribatının qarşısı dərhal, qətiyyətlə və sərt şəkildə alınacaq", — bəyanatda vurğulanıb.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала