Bu da baş verdi: Qatlanan göydələn ixtira edildi

Abunə olmaq
Sahəyə görə, binanın yüksəkliyini də tənzimləmək mümkündür.

BAKI, 20 aprel — Sputnik. Amerikanın "eVolo" jurnalı memarlıq müsabiqəsinə yekun vurub.

Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qaliblər Polşa mühəndisləri Damian Granosik, Yakub Kulisa və Pyotr Panchik olub. Onlar yarışmaya qatlanan bina layihəsini təqdim edib. Bina qatlanaraq bir qutuya qoyulub hərbi helikopter vasitsəilə bir yerdən digər yerə daşına bilər.

İdeyanın müəllifləri hesab edir ki, qatlanan göydələn təbii fəlakətlər olan bölgələrdə əvəzedilməz köməkçidir. Belə binalar operativ şəkildə insanlar üçün sığınacağa çevrilə bilər. 

В Баку обрушилось ветхое здание общежития - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda uçan bina barədə yeni faktlar üzə çıxdı

Layihəyə Skyshelter.zip adı verilib. Bu ad az yerdə çox informasiya tutan və istənilən an açıla bilən zip-arxivləri əks etdirir.

Qatlanan göydələn açıldığı zaman xarici və daxili divarların yaranması üçün istifadə edilən qumaş panelləri tez bir zamanda açılır və üfüqi 3D çap plitələr mərtəbələrin üst-üstə düşməsini təşkil edərək onu müxtəlif zonalara bölür.

Qatlanan göydələnin döşəməsi və tavanı polad zəncirlərlə tavanda olan hava balonuna bağlanır.

Sahəyə görə binanın yüksəkliyini də tənzimləmək mümkündür. Məlumata görə, balona daha çox helium doldurulduğu təqdirdə bina daha yüksək ola bilər.

Göydələn sığınacaq yerində geniş zal, tibbi yardım üçün otaq, zərər çəkmişlər üçün yataq otağı, tədarük materiallarının saxlanması üçün bloklar və hətta tərəvəz və meyvə yetişdirmək üçün təsərrüfat sahəsi də mövcuddur. 

Bayıl ərazisində yeni hündürmərtəbəli binaların tikintisi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bayılda fərdi evlər sürüşür, bəs yerində ucaldılan "göydələnlər"?

Mühəndislər binanın xüsusi nanomateriallarla çərçivəyə alınmasını təklif edib. Belə olan halda kiçik günəş panelləri elektrik enerjisi kəsilən zaman özü enerji verə bilər. Evin damındakı balonda yağış suyunun toplanması və süzülməsi üçün xüsusi bir boşluq da olacaq.

Memarlara görə, göydələn fəlakət qurbanlarına ilk yardımı təmin etmək üçün qurulan çadır və konteynerlərdən 30 dəfə az yer tutur. Bu, qasırğa, daşqın və ya zəlzələdən sonra əraziləri təmizləmək üçün vaxtı azaldır və insanların evlərinə yaxın qalmasına imkan verir.

Bina rahatlıqla qatlanır və qutuya yerləşdirilərək bir yerdən başqa yerə aparıla bilir.

Xəbər lenti
0