"Türkiyəni Rusiyadan ayırdıq" bəyanatına cavab gəldi

© AFP 2023 / NICHOLAS KAMM Bəkir Bozdağ
Bəkir Bozdağ - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Bəkir Bozdağ Fransa prezidenti Makronun "Türkiyəni Rusiyadan ayırdıq" sözlərinə cavab verib

BAKI, 17 aprel — Sputnik. Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Bəkir Bozdağ Fransa prezidenti Makronun “Türkiyəni Rusiyadan ayırdıq” sözlərinə cavab verib.

Sputnik Azərbaycan "Haber7"yə istinadla məlumatına görə, Bəkir Bozdağ deyib ki, Türkiyənin Suriya siyasəti hər hansı bir ölkənin yanında və ya qarşısında olmaq siyasəti deyil, haqqın və doğrunun yanında olmaq siyasətidir: "Biz rejimin terror təşkilatlarını dəstəkləməyinə qarşı çıxırıq. Türkiyə ABŞ ilə eyni hədəfləri olan bir ölkədir. Bölgədə qol güləşinin əleyhinəyik".

Qeyd edək ki, ötən həftənin sonunda ABŞ, Böyük Britaniya və Fransa birlikdə Suriyaya hava zərbələri endirib. Zərbələrin Suriyanın kimyəvi silah anbarlarına endirildiyi bildirilib. Rusiya və İran hadisəni təcavüz aktı kimi dəyərləndirsə də, Türkiyə baş verənlərdən məmnun olduğunu bəyan edib.

Xəbər lenti
0